Çiçək

Biri var idi, biri yox idi. Bir balaca qız var idi. Qızın adını atası o, anadan olanda  qoymuşdu. Balaca qızcığazın adı Çiçək idi. Atası deyirdi ki, bu övlad məni dünyanın ən xoşbəxt insanı etdi. Ona görə də onun adı Çiçək olmalıdır. Çünki, o bir çiçək kimi açıldı və bizim ailəyə çox sevinc gətirdi.

Çiçək

Hər səhər Çiçəyin nənəsi onun yeməyini hazırlayırdı, atası gedib təzə inək südü gətirirdi. Anası isə onu oyadıb əl üzünü yumağa kömək edirdi.

İllər keçdi, Çiçək böyüdü.

Bir gün nənəsi xəstələnib yatağa düşdü. Çiçək nənəsinin çarpayısının yanından heç yana getmirdi. Həkimin ona yazdığı dərmanları vaxtlı vaxtında nənəsinə verib deyirdi ki, « Biz səninlə hələ çox görməli yerləri gəzməmişik, işimiz çoxdu. Nənəcan, sən sağal, gedək o yerləri gəzək. »

Nənəsi gülümsəyirdi və sevinirdi ki, nəvəsi belə yaxşı tərbiyyə alıb.

Çiçək dərsə gedəndə, nənəsinə baxıcı qulluq edirdi. Ona görə ki, ata və anası da iş başında olurdu.

Çiçəyin dərsləri qurtaran kimi qaçırdı nənəsinin yanına, deyirdi ki, «Nənəmin yanında özüm olmayanda, ondan nigaran qalıram»

Vaxt keçdi, zaman ötdü, Çiçək yetkinləşib qəşəng bir qız oldu. Valideynləri onun toy gününü təyin etdilər. Çiçək nənəsinə kömək olurdu ki, o ayağa qalxıb gəzə bilsin. Çiçək deyirdi ki, « Bax nənə, sən mənə baxırdın, səhər tezdən durub mənim üçün yemək hazırlayırdın. Çünki, mən ancaq sən bişirdiyin yeməkləri rahat yeyirdim. Anam və atama naz edib yemirdim. Sən isə mənim nazım ilə oynayırdın. İndi vaxt gəlib, mən öz borcumu yerinə yetirmək istəyirəm. Düzdür sən naz eləmirsən, amma sənin səhhətin naz eləyir. Mən sənin xəstəliyinə qalib gələcəm. Çünki, səni toyumda oynayan görmək istəyirəm. Nə qədər çətin olsa da, xəstəlik bizə yox, biz xəstəliyə qalib gələcəyik.»

Bir neçə vaxt keçəndən sonra, Çiçəyin nənəsinin nəticəsi oldu. Onun kiçik toyunda hamı rəqs edib sevinirdi. Rəqs edənlərin arasında Çiçəyin nənəsi də var idi. Bax beləcə, həm Çiçəyin, həm də nənənin ən böyük arzusu yerinə yetmişdi.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован.