Bu gün Beynəlxalq musiqi günüdür

Musiqi intəhasız, heç bir ölçüyə sığışmayan gücə malikdir. Yer üzündə az adam tapılar ki, musiqiyə laqeyd qalsın. Bir çox məşhur bəstəkarlar daxili dünyalarını, duyğularını, istək və arzularını ifadə etmək üçün musiqidən istifadə ediblər. Onların adı məhz musiqinin qüdrəti sayəsində tarixə və gələcək nəsillərin yaddaşına yazılıb.

Musiqi heç vaxt qocalmır. İnsanlara bəxş edilən bu ilahi nemət bəşəriyyət var olduqca yaşayacaq.

Kirpi bütün musiqi sahəsində çalışan insanları təbrik edir və onlara sənətlərində uğürlar arzu edir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir