Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Məni qızlar, oğlanlar
Dərib taxarlar döşə.
Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.
Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Məni qızlar, oğlanlar
Dərib taxarlar döşə.
Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.
Musiqi: Səid Rüstəmov
Sözləri: A. Şaiq
İfa edir: “Bənövşə” uşaq xoru
niyə ay müsəlman