Qış yetişib gəlmir səsin,
Oxu, meşə nəğmə desin, nəğmə desin.
Söyüdlərdə boz ata min,
A dimdiyi şiş bir qələm,
Ağacdələn, ağacdələn.
Yaxşı qoru çiçəkləri,
Qurd yeməsin ləçəkləri, ləçəkləri.
Qır üstəki böcəkləri.
Hamı desin qədir bilən
Ağacdələn, ağacdələn.
Meşələrdə təbil çalan,
El-obaya haray salan, haray salan.
Öz işindən ləzzət alan,
Torpaqdələn, ağacdələn
Ağacdələn,ağacdələn.
Musiqisi: Əfsər Cavanşirovundur
Sözləri: Tacəddin Şahdağlınındır