“Ağ Çiçəyim”

Səhər çağı, göy meşədən,
dərdi səni ağ çiçək.
Bəyaz bəyaz varaqlara,
sərdi səni ağ çiçək.
Birdən birə ağ əllərdə,
təzələndin ağ çiçək.
Ağ əllərdə elə bil ki,
ağ atəşdin ağ çiçək.
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim

Gördüm səni, bu gün başqa,
Bir çəməndə ağ çiçək.
Ağ əllərin hərarəti
Yoxmu səndə ağ çiçək?
Birdən birə ağ əllərdə
Təzələndin ağ çiçək
Ağ əllərdə elə bil ki
Ağ atəşdin ağ çiçək
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim

Soyuq soyuq, boylanırsan,
soylə nəçün ağ çiçək?
De səndəmi, həsrətlisən
ağ əllər üçün, ağ çiçək.
Birdən birə ağ əllərdə
Təzələndin ağ çiçək
Ağ əllərdə elə bil ki
Ağ atəşdin ağ çiçək
Çiçək, çiçək, ağ çiçəyim
Ömrümə bəzək ağ çiçəyim

Sözləri: Nəbi Xəzrinin
Musiqisi: Emin Sabitoğlunun

 

Səbinə rəqs qrupunun ifasında “Ağ çiçəyim”

Gulağa Məmmədovun ifasında “Ağ cicəyim”

Brilliant Dadaşovanın ifasında “Ağ cicəyim”

 

“Ağ çiçəyim” musiqisini dinlə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir