əlifbanın yaranması

Əlifbanın yaranması

Qədim zamanlarda bir padşah var idi. Onun xalqı “Əşyavi yazı” deyilən yazı növlərindən biri ilə məktublaşırdılar.
Məsələn biri dostundan qızıl gül istəyir. Həmin insan bir sandıq götürüb icinə bir qızıl və bir gül qoyub dostuna göndərirdi.

Padşah istəyirdi ki, xalqı asanlıqla məktublaşsın.
Ona görə də padşah vəzir və vəkillərini başqa-başqa ölkələrə göndərdi.
Vəzirlər və vəkillər ayri-ayrı gəmilərə mindilər və səyahətə çıxdılar.

Bir müddətdən sonra onlar səyahətdən qayıtdılar. Baş vəzir padşaha dedi:
– Qibleyi-aləm sağ olsun, mən Amerikaya getdim. Orada daşların və qayaların üstünə çəkic və ucu iti alətlərlə şəkil çəkirdilər və bu yazı növünə “Petroqlif” yazı deyirdilər.

Padşah xalqını sarayına yığıb dedi:
– Əziz xalqım, sizə daha asan yazı növü tapdım. Siz, çəkic və ucu iti alətlərlə daş və ya qaya üzərində şəkil çəkə bilərsiz.

Xalq bu xəbərə çox sevindi və o gündən hamı bu yazı növündən istifadə etməyə başladı.

Bir gün bir qəssab öz-özünə dedi:
– Mənim dükanımdan ət alan çox az olur.
Mən də hamı kimi qayanın üzərinə şəkil çəkim və onu öz dükanımın yanına qoyum.
Hamı bilsin ki, bura ət dükanıdır.

Qəssab qayalıq olan bir yerə getdi və qayalardan birinə ət şəkli çəkdi, amma bir problem var idi.
Qaya çox ağır oldugu üçün qəssab onu qopara bilmədi və padşahın yanına şikayətə gəldi:
– Padşah sağ olsun, mən qayanın üzərinə şəkil çəkdim, amma qaya çox ağır olduğu üçün onu qopara bilmədim.
Sizdən xahiş edirəm başqa bir yazı yolu tapasız.

Padşah ikinci vəziri yanına çağırdı.
Vəzir dedi: – Padşah sağ olsun, mən Hindistanı səyahət etdim. Oranın xalqı “Run” yazısından istifadə edir.
Onlar rəsmlərini ağaca həkk edirlər, amma bunun bir pis cəhəti var.
Çünki biz həm ağaca zərər verirmiş oluruq, həm də qurusa bizim yazdıqlarımız pozular.
Padşah ağaclara zərər vermək istəmədiyi üçün bu fikri bəyənmədi.

Padşah əmr verdi ki, baş vəkil yanına gəlsin.
Vəkil dedi:
– Qibleyi-aləm sağ olsun, mən Çinə getdim. Oranın xalqı öz düşüncələrini kağızda çəkirdilər.
Kağızı isə ağacdan düzəldirdilər. Onlar bu yazı növünə “Piktoqrafik” və ya şəkli yazı deyirdilər.

Bir müddət hamı bu yazı növündən istifadə etdi.

Bir gün Nadir adlı bir oğlan öz-özünə dedi:
– Artıq şəkil çəkməkdən bezmişəm, çünki şəkil çəkməyi bacarmayan insanları düşünmür bu padşah.

O, padşahın yanına şikayətə gedir. Padşah çox üzülür və ikinci vəkili yanına çagırır.
İkinci vəkil deyir: – Padşah sağ olsun, mən Misirə getdim.
Oranın xalqı “Sillabik” yazı növündən istifadə edirdilər. Sillabik yazı bir neçə səsin bir işarə ilə yazılmasıdır.

Padşah düşünür ki, o qədər işarələri yadda saxlamaq çox çətin olar və qərara gəlir ki, yeni bir yazı növü yaratsın.

Padşah hərflər icad edir və yazı yazmaq çox asanlaşır. Padşah bu yazı növünün adını “Fonoqrafik” yazı qoyur.

Azərbaycanda əlifba yaranandan sonra ruslarda öz əlifbasını – “Kiril” əlifbasını icad etdi.
Əlifba yaranandan sonra fərqli icadlar da yarandı. Onlardan bir də çap maşınlarıdır.
Padşah çap maşınları ilə yazılan yazıların adını “Meaxniki yazı” qoydu.

​Bir gün bir insan istəyirdi ki, yazdığı yazı daha maraqlı görsənsin və o, hərfləri sağa əyilmiş formada yazdı və yazısı daha gözəl göründü. Padşah bu yazını görüb çox bəyəndi və adını “Kursiv” yazısı qoydu.

Bir gün padşahın yanına iki adam gəlir. Onlardan biri dedi:
– Qibleyi-aləm sağ olsun, bu oğlan mənim dostumdur. Biz ikimiz bazara getmişdik.
Dostum tut almaq istədi. Dedim ona alma! O da gedib mənə alma aldı.
Nə qədər başa salsam da ki, alma istəmirəm o, məni başa düşmədi.
Ona görə sizin yanınıza gəldim ki, siz ona başa salasız.

Padşah oğlanın dediklərinə çox güldü və dedi:
– Oğlum, dostun demək istəyib ki, tutdan alma, sən onu səhv başa düşmüsən.
Oğlan dostundan üzr istədi.

Padşah belə problemlər yaşanmasın deyə bu cürə sözləri ad bildirən və hərəkət bildirən sözlərə ayırdı və adını da “Omoqraf” qoydu.
Padşahın xalqı bundan sonra problemsiz və xoşbəxt yaşadı.


Müəllif: Yusif Cəbili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir