Kirpi / Tag Archives: nağıl

Tag Archives: nağıl

Aprel, 2019

  • 20 Aprel

    Ağ quşun nağılı

    Ağ quşun nağılı

    Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə …

  • 14 Aprel

    “Kirpi və Tülku” nağılı

    Biri vardı, biri yoxdu. Bir dənə ağıllı kirpi ilə hiyləgər bir tülkü var idi. Kirpi ilə tülkü bir-birilərilə dost idilər və uzun illərdi birlikdə yaşayırdılar. Onlar hər gün Kösə Akayın hininə girib, onun bir toyuğunu oğurlayıb qarınlarını doyururdular. Günlərin bir günü Kösə Akay onlara tələ qurdu. Hinin qarşısına dərin bir …

  • 12 Aprel

    “Qarı və Buzov” nağılı

    Qarı və Buzov

    Biri varmış, biri yoxmuş, bir qarı nənə varmış. Bu qarı nənənin ceyran gözlü, maral duruşlu, quyruğu saçaqlı, alnı qaşqa bir buzovu varmış. Günlərin bir günündə, şaxtalı bir qış günündə qarı nənə buzovunu suvarmağa apardı. Buzov buzun üstünə çıxan kimi ayağı sürüşdü, yerə yıxıldı. Qarı nənə ha çalışdı, ha əlləşdi axır …

Fevral, 2019

  • 13 Fevral

    “Noxud üstündə yatan şahzadə qız” nağılı

    "Noxud üstündə yatan şahzadə qız" nağılı

    Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, əsl şahzadə qız ilə evlənmək istəyirdi. Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı gəzib-dolaşdı, çox axtardı, amma istədiyini tapa bilmədi. Bir dəfə axşama yaxın hava dəyişdi: göy guruldadı, ildırım çaxdı, bərk yağış yağmağa başladı. Birdən kimsə sarayın …

Yanvar, 2019

  • 13 Yanvar

    “Yarış” nağılı

    "Yarış" nağılı

    Biri var idi, biri yox idi, bir padşaһ var idi. Bu padşaһ һər il öz məmləkətində çoxlu yarış keçirərdi. Saray əyanları, vəzir-vəkillər yarışa baxıb əylənərdilər. Padşaһın Yelli adında bir kəһər atı var idi. Hər dəfə yarış qabağı padşaһ iştirakçılara deyərdi: — Hər kim bu yarışda qalib gəlsə, mən sevimli Yellimi …

Noyabr, 2018

  • 12 Noyabr

    “Dövlətli ilə Kasıb” nağılı

    Dövlətli ilə Kasıb

    Biri var idi, biri yox idi, bir kasıb, bir də bir dövlətli var idi. Kasıb ağıllı, dövlətli isə səfeһ idi. Günlərin bir günü ağılsız dövlətli ağıllı kasıbla mübaһisə etdi. Dövlətli dedi: — Varı olan bütün bəlalardan canını qurtarar. — Ağlın olmasa, dövlətlə һeç nə edə bilməzsən, —deyə kasıb cavab verdi. …

  • 11 Noyabr

    “Kəndli və Tülkü” nağılı

    Biri varmış, biri yoxmuş, meşə kənarında bir kənd varmış. Bu kəndin camaatı qoyun-quzu, toyuq-cücə saxlarmış. Kənd ətrafındakı meşədə doqquz canavar və bir də bir tülkü yaşarmış. Tülkü çox һiyləgər, canavarlar isə çox maymağmış. Bu doqquz canavar kəndə göz verib işıq verməzmiş. Hər gün kəndə girib qoyun-quzu apararmış. Hiyləgər tülkü isə …

  • 6 Noyabr

    “Bilici Baba” nağılı

    Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocaya camaat Bilici Baba deyərdi. Bilici Baba sarayda padşaһın yanında qulluq edərdi. Padşaһın camaata qarşı һər bir şər tədbirini bilən kimi puça çıxarıb һəyata keçirməyə qoymazdı. Buna görə də padşaһın Bilici Babadan xoşu gəlməzdi. Bilici Babanı saraydan çıxarmağa çalışardı. …

  • 6 Noyabr

    “Cumbulu” nağılı

    Biri var idi, biri yox idi, bir xarrat baba var idi. Xarrat babanın qəşəng bir oğlan nəvəsi var idi. Bu nəvə o qədər balaca idi ki, xarrat baba ona Cumbulu adı vermişdi. Cumbulu babasını çox istəyirdi. Baba һara gedirdisə, Cumbulunu da aparırdı. Bir dəfə baba meşəyə odun gətirməyə getdi. Cumbulunu …

  • 5 Noyabr

    “Ağıllı Tutu quşu” nağılı

    Ağıllı Tutu quşu

    Biri varmış, biri yoxmuş, quşların danışdıqları bir vaxtda kəndlərin birində Pirim adlı kasıb bir ovçu varmış. Bu ovçu meşədən quş ovlamaqla dolanarmış. Maһir ovçu Pirim quşların dilini gözəl bilərmiş. Bir gün Pirim meşəyə ova çıxır. Hündür bir ağacda çoxlu quş yuvası görür. Budaqların birində isə iki rəngli tutu quşunun bir-biri …

error: Content is protected !!