Kirpi / Nağıllar / “Reyhan və Kamal” nağılı
"Reyhan və Kamal" nağılı

“Reyhan və Kamal” nağılı

Əhməd adlı birisinin Reyhan və Kamal adlı iki uşagı var idi. Bir gün Əhmədlə arvadı qonşuya getmişdilər. Uşaqlar evdə qalməışdılar. Axşam idi, qaranlıq düşürdü.

Reyhan qapıya çıxıb dedi: -Gedək, bagda bir az gezək.
Kamal dedi: -Yox, atam gələr, acıqlanar.
Reyhan dedi: -Tez qayıdarıq.

Kamal onun sözünü yerə salmadı. Hər ikisi bir-birinə qoşulub bağa getdi. Bir də gördülər, bir yekə qurd onlara tərəf gəlir. Uşaqlar cığıra-cığıra qaçmağa başladılar.

Qurd onların qabağını kəsdi və dişlərini şaqqıldadıb dedi: -Hara açırsınız? Düşün qabağıma!
Kamal dedi: -Ey qurd, sən balalarının canı, bizi yemə, qoy gedək.
Qurd onların hərəsinə bir quyuq vurub dedi: -Qabağıma düşün!
Uşaqlar ağlaya-ağlaya onun qabağına düşdülər. Qurd onları öz yüvasına apardı.
Qurdun balaları analarına dedilər: -Ana, bunları yeyək, oynadaq.

Anaları razı oldu, Reyhanla Kamalı balalarına verdi. Qurdun balaları Reyhanla Kamalı içəri apardılar, bunlara qoyun quyruğu yedirtdilər. Bir neçə gün keçdi. Reyhanla Kamal qurd balaları ilə dost oldular. Onlara oxumaq, oynamaq da öyrətdilər.

Bir gün qurd çox gəzdi və yeməyə bir şey tampadı, ac evə gəldi. Kamalı yemək istədi, balaları ağlaşıb qoymadılar. Qurd o gün bir yana çıxmadı. O, gecəni araya salmaq, uşaqların birini yemək istədi.

Kamal da bunu duymuşdu. Günorta üstü qurd və balaları yatmışdılar. Kamal tez bir oçaq qaladı.

İki şiş qızdırdı, baçısına dedi: -Bacı, qurd bizi bu gecə yeyəcək. Tez al bu şişləri onun gözlərinə soxub qaçaq. Uşaqlar şişləri götürüb qurdun gözlərinə soxdular və qapıdan çıxıb qaşdılar. Qaçhaqaç bir meşəyə çatdılar.

Birdə gördülər, bir ayı onlara tərəf gəlir. Ətəklərini qumla doldurub bir ağacın başına çıxdılar. Ayı gəldi, ağaca dırmaşdı, uşaqların yaxınlığına çatanada, uşaqlar onun gözlərinə qum səpdilər. Ayı tappıltı ilə yerə düşdü, gözlərini ovmağa başladı. Kamal və bacısı tez ağacdan düşüb qaçdılar.

Ta ki qəlib bir mağaraya çatdılar. Mağaraya girib gördülər, burada bir küp qarısı oturub ki, ağzından, gözlərindən ilan-qurbağa tökülür. Qarı uşaqları görən kimi dişlərini şaqqıldadıb dedi: -Siz xoş gəlmisiniz. Nə bildiniz ki, mənim könlümə insan əti düşüb?

Kamal dedi: -Qarı nənə, biz altı ayaq, yeddi baş pəhləvanın uşaqlarıyıq.
Qarı dedi: -Altı ayaq, yeddi baş da adam olarmı?
Kamal dedi: -İndi gələr, görərsən.
Qarı dedi:- Haradadır? 
Kamal dedi: -Yoldadır. Bu saat gələr.
Qarı dik sıçrayıb dedi: -Mən getdim. Məni görməz. Qarı küpə minib göyə qalxdı, yox oldu.

Uşaqlar qarının evindən adama bir xurcun qızıl götürdülər, yola düşdülər. Ac-susuz üç gün yol getdilər.
Acından taqətdən düşdülər. Bir ağacın dibində yerə oturdular. Bir-birinin boyununu qucaqlayıb yatdılar.

Bunlar burada qalsınıar, sizə uşaqların ata və anasından xəbər verim. Əhməd kişi ilə arvadı qonşudan evə gəldilər, gördülər uşaqlar yoxdur. Nə qədər axtardılarsa, apa bilmədilər. Ayaqlarına dəmirdən çarıq geydilər, əllarinə dəmirdən əsa aldəlar, uşaqlarını axtarmağa başladılar.

Kəndləri, şəhərləri, meşələri gəzdilər, uşaqlarından bir nişan tapmadılar. Naəlac qalıb alaya-ağlaya evlərinə qayıtdılar. Yolları həmin bu ağacın altınnan düşdü. Gəlib nə gördülər? Uşaqları bir-birinin boynuna sarılıb yatıblar. Ata-ana gözlərinin yaşını tökə-tökə onları ayıltı. Onlara su və çörək verdilər. Uşaqlar özlərinə gəldilər. Ata və analarını tanıdılar, boyunlarına sarıldılar. Uşaqlar başlarına gələn əhvalatı onlara nəql elədilər. Qızıl dolu xurcunları götürüb sevinə-sevinə evlərinə gəldilər.

 

 

 

error: Content is protected !!