Baku Open 2015

Respublika Şahmat Mərkəzində keçirilən,  Azərbaycan Respublikasının Müstəqilliyinə həsr olunmuş » Baku Open 2015″ beynəlxalq şahmat festivalında C turniri ( 12 yaşadək uşaqlar arasında)   başa çatıb.

Turnirdə ölkəmizin müxtəlif rayon və bölgələrindən 90 zəka sahibi qələbə uğurunda mübarizə aparırdı.

chess

Yarışda ən yaxşı nəticəni  Altay Eynullayev göstərib. Eynullayev 9 oyundan 8 xal toplayaraq  turnirin qalibi adını qazanıb. Biləsuvar şahmatçısı  Xəzər Babazadə qalibdən yarım xal az toplayaraq gümüş medala layiq görülüb.Turnirin bürünc mükafatçısı isə Nihad Əsgərov (Bakı)olub.

8 yaşadək oğlanlar arasında Ucar şahmatçısı  Ayxan  Cabbarlı aktivinə 5 xal yazaraq 1-ci yerə çıxıb. Aydın Əkbərov (Lənkaran) və Şamil Məmmədov (Sumqayıt) hərəyə 4 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.

Eyni yaş qızlar arasında Bakı şahmatçıları Xumar Məhərrəmova  və Nurtac Heydərli 4 xal toplayaraq  1-2-ci yerləri bölüşdürüblər. 3-cü yerin sahibi isə aktivinə 3.5 xal yazan Aydan Şüküroa olub.

10 yaşadək oğlanlar arasında Biləsuvar  təmsilçisi Xəzər Babazadə 7.5 xal toplayaraq  1-ci yerin sahibi olub.Sənan Əliyev (Bakı) 7 xalla 2-ci,Fərid Əliyev isə (Bakı) 6 xalla 3-cü olub.

Bakı şahmatçıları-Sara Həmidova,Mehin Taba-Tabai və Nərmin Nəsirova hərəyə 5 xal toplayaraq 1-3-cü yerləri bölüşdürüblər.

12 yaşlı oğlanlar arasında 1-ci yeri aktivinə 8 xal yazan Altay Eynullayev,7 xalla 2-ci yeri Nihad Əsgərov ,3-cü yeri isə 6.5 xalla Atilla Eynullayev    tutub.

Eyni yaş qızlar arasında aktivinə 6.5 xal yazan Səbinə Rzalı (Sumqayıt) 1-ci,Özbəkistan təmsilçisi Kim Leyla  6 xalla 2-ci, Aydan Hüseynova (Bakı) isə 5 xalla   3-cü olub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.