Respublika Şahmat Mərkəzində keçirilən, Azərbaycan Respublikasının Müstəqilliyinə həsr olunmuş ” Baku Open 2015″ beynəlxalq şahmat festivalında C turniri ( 12 yaşadək uşaqlar arasında) başa çatıb.
Turnirdə ölkəmizin müxtəlif rayon və bölgələrindən 90 zəka sahibi qələbə uğurunda mübarizə aparırdı.
Yarışda ən yaxşı nəticəni Altay Eynullayev göstərib. Eynullayev 9 oyundan 8 xal toplayaraq turnirin qalibi adını qazanıb. Biləsuvar şahmatçısı Xəzər Babazadə qalibdən yarım xal az toplayaraq gümüş medala layiq görülüb.Turnirin bürünc mükafatçısı isə Nihad Əsgərov (Bakı)olub.
8 yaşadək oğlanlar arasında Ucar şahmatçısı Ayxan Cabbarlı aktivinə 5 xal yazaraq 1-ci yerə çıxıb. Aydın Əkbərov (Lənkaran) və Şamil Məmmədov (Sumqayıt) hərəyə 4 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.
Eyni yaş qızlar arasında Bakı şahmatçıları Xumar Məhərrəmova və Nurtac Heydərli 4 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. 3-cü yerin sahibi isə aktivinə 3.5 xal yazan Aydan Şüküroa olub.
10 yaşadək oğlanlar arasında Biləsuvar təmsilçisi Xəzər Babazadə 7.5 xal toplayaraq 1-ci yerin sahibi olub.Sənan Əliyev (Bakı) 7 xalla 2-ci,Fərid Əliyev isə (Bakı) 6 xalla 3-cü olub.
Bakı şahmatçıları-Sara Həmidova,Mehin Taba-Tabai və Nərmin Nəsirova hərəyə 5 xal toplayaraq 1-3-cü yerləri bölüşdürüblər.
12 yaşlı oğlanlar arasında 1-ci yeri aktivinə 8 xal yazan Altay Eynullayev,7 xalla 2-ci yeri Nihad Əsgərov ,3-cü yeri isə 6.5 xalla Atilla Eynullayev tutub.
Eyni yaş qızlar arasında aktivinə 6.5 xal yazan Səbinə Rzalı (Sumqayıt) 1-ci,Özbəkistan təmsilçisi Kim Leyla 6 xalla 2-ci, Aydan Hüseynova (Bakı) isə 5 xalla 3-cü olub.