Kirpi / Musiqi

Musiqi

Dostluq himni

Dostluq himni

Musiqisi və Sözləri: Səadət Fərziyevanındır Parladı göydə ulduzlar, hər tərəf nurlandı, Bizim dünyaya gəlişimiz sizin üçün bayramdır! Sizə dayaq olacayıq, zirvəyə yol açacayıq, Bunun açarı tək birlikdədir! Oxuyub möhkəm olarıq, arzularımıza çatarıq, Bunun açarı tək birlikdədir!

Ətrafı »

Günəş olaram mən də

Günəş olaram mən də

Musiqi / Music : Hökümə Nəcəfova Sözləri / Lyrics : Xanımana Əlibəyli *** Qışda şaxtada, buzda Günəş çimir hovuzda. Qışda şaxtada, buzda Günəş çimir hovuzda.

Ətrafı »

Bənövşə

Bənövşəyəm, bənövşə, Düşmüşəm dilə-dişə; Məni qızlar, oğlanlar Dərib taxarlar döşə. Bahar oldu açaram, Qar, borandan qaçaram; Başqa güllər açanda, Mən quş olub uçaram. Bənövşəyəm, bənövşə, Düşmüşəm dilə-dişə; Məni qızlar, oğlanlar Dərib taxarlar döşə. Qurudar məni ayaz, Yaşayıram bircə yaz. Rəngim, ətrim gözəldir, Əl vurmayın, ömrüm az. Musiqi: Səid Rüstəmov Sözləri: …

Ətrafı »

Quşlar

quşlar

Quşlar, quşlar a quşlar, Qaranquşlar a quşlar, Quşlar, quşlar a quşlar, Qaranquşlar, a quşlar, Cəh-cəh vurun burada, Gah yerdə gah yuvada, Qonun bu tək budağa, Çox getməyin uzağa. A quşlarım getməyin, Məni qəmgin etməyin. A quşlarım getməyin, Məni qəmgin etməyin. Quşlar neyçün gedirsiz, Yoxsa ki, seyr edirsiz? Quşlar, quşlar a …

Ətrafı »

Yol

Musiqi: V. Adıgözəlov Sözləri: R. Rövşən Oxuyur: “Rast” qrupu, E. Xəlilova və D. Hacıyeva

Ətrafı »

Göy göyərçinim

Ağ göyərçinim qonubdur budağa, Göy göyərçinim uçubdur o dağa. Ağ göyərçinim qonubdur budağa, Göy göyərçinim uçubdur o dağa. Gəl, göyərçinim. Göy göyərçinim. Gəl! Papağım bulud, Çarığım çaylar. Çırağım günəş çomağım çinar. Səslərəm səni, göyərçinim, gəl, Səslərəm səni, göyərçinim, gəl! Səslərəm səni, göyərçinim, gəl, Səslərəm səni, göyərçinim, gəl! Göy göyərçini araram, …

Ətrafı »

Balaca pişik

“Balaca pişik” 🐱 Balaca pişik, oyuncaq gəzir, Evin içində quyruğun əzib. Balaca pişik, oyuncaq gəzir, Evin içində quyruğun əzib. Myau-myau, Myau-myau! Gözəl pişiyim mənim! Myau-myau, Myau-myau! Bığlı pişiyim mənim! Myau-myau, Myau-myau! Gözəl pişiyim mənim! Myau-myau, Myau-myau! Qıllı pişiyim mənim! Sevinib pişik, oyuncaq tapıb, Sevinib pişik, oyuncaq tapıb. Birdən yel əsib, …

Ətrafı »

Çin şagirdin mahnısı – 读书郎

Çinlə Azərbaycan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub. İki ölkənin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və siyasi əlaqələr ən yüksək səviyyədədir.

Ətrafı »

“Ağ Çiçəyim”

ağ çiçəyim

Səhər çağı, göy meşədən, dərdi səni ağ çiçək. Bəyaz bəyaz varaqlara, sərdi səni ağ çiçək. Birdən birə ağ əllərdə, təzələndin ağ çiçək. Ağ əllərdə elə bil ki, ağ atəşdin ağ çiçək. Çiçək, çiçək, ağ çiçəyim Ömrümə bəzək ağ çiçəyim Gördüm səni, bu gün başqa, Bir çəməndə ağ çiçək. Ağ əllərin …

Ətrafı »

Oqtay Zülfüqarovun Uşaq mahnıları

Ətrafı »
error: Content is protected !!