“Yuxu” nağılı

Biri var idi, biri yox idi. Yusif adında bir oğlan var idi.

Yusifin fincanı qırılmışdır.

O, anası və atasından ona təzə fincan almalarını istəmişdir.

Anası və atası Yusifi marketə apardılar və onun istədiyi fincanı aldılar.

Onlar marketdən çıxanda Yusif atasına dedi:

-Ata, olar zooparka gedək?

-Bəli, olar.

Onlar zooparka getdilər. Orda canavarlara, meymunlara və ayılara baxdılar.

Onlar eve çatanda artıq gecə idi.

Yusif yeməyini yeyib yatmağa getdi.

O, yuxusunda özünü bir gəmidə gördü. Gəmidə çoxlu insanlar var idi.

Yusifin əlində də bir xəritə var idi.

Gəmidəki insanlar Yusifə dedilər:

-Biz sizi hara aparaq?

-Bu xəritə də bir ada var, məni ora aparın!

Onlar Yusifi həmin adaya apardılar və ona dedilər:

-Biz səni burda gözləyəcəyik.

Yusif xəritə də göstərilən xəzinəni axtarmağa getdi.

O, xəzinəni tapdı, amma bir problem var idi. Xəzinəni bir aslan qoruyurdu.

Yusif aslanın yanına getdib dedi:

-Salam aslan, olar sizin xəzinənizi götürüm?

-Hə olar, amma bir şərtlə.

-Nə şərt?

-Mən bu ada da çox darıxıram. Mənimlə bir az oyna. Ondan sonra xəzinəni ala bilərsən.

Yusif aslanla bir az oynadı və xəzinəni götürüb gəmiyə getdi və xəzinəni açdı.

Xəzinənin içindən bir top çıxdı.

Yusif topla bir az oynadı və sonra birdən yuxusundan ayıldı.

 

Müəllifi: Yusif Cəbili