Tikan və Qızılgül

Tikan çox tәәccüblә
Söylәdi qızılgülә:

Bir kolda, bir budaqda
Yetişirik biz bağda.

Bәs sәbәb nәdir ki,
sәn һamıya sevimlisәn,

Mәni sevmәyir һeç kәs?
Gül dedi: — Deyil әbәs,

Bir yerdә olsaq da biz,
Ayrıdır xislәtimiz.

Sәn һәr әlә batırsan,
İncidib qanadırsan.

Mәn könül oxşayıram,
Qәlblәrdә yaşayıram.