Göy göyərçinim

Ağ göyərçinim qonubdur budağa,
Göy göyərçinim uçubdur o dağa.
Ağ göyərçinim qonubdur budağa,
Göy göyərçinim uçubdur o dağa.

Gəl, göyərçinim. Göy göyərçinim. Gəl!

Papağım bulud, Çarığım çaylar.
Çırağım günəş çomağım çinar.
Səslərəm səni, göyərçinim, gəl,
Səslərəm səni, göyərçinim, gəl!
Səslərəm səni, göyərçinim, gəl,
Səslərəm səni, göyərçinim, gəl!

Göy göyərçini araram, araram,
Teli çin-çinə çataram, çataram.
Göy göyərçini araram, araram,
Teli çin-çinə çataram, çataram.

Gəl, göyərçinim, göy göyərçinim, gəl!

Papağım bulud, Çarığım çaylar.
Çırağım günəş çomağım çinar.
Səslərəm səni, göyərçinim, gəl,
Səslərəm səni, göyərçinim, gəl!
Səslərəm səni, göyərçinim, gəl,
Səslərəm səni, göyərçinim, gəl!

Yellər qanadım – açaram, açaram,
Sellər ayağım – qaçaram, qaçaram.
Yellər qanadım – açaram, açaram,
Sellər ayağım – qaçaram, qaçaram.
Gəl, göyərçinim, göy göyərçinim, gəl!

Papağım bulud, Çarığım çaylar.
Çırağım günəş çomağım çinar.
Səslərəm səni, göyərçinim, gəl,
Səslərəm səni, göyərçinim, gəl!
Səslərəm səni, göyərçinim, gəl,
Səslərəm səni, göyərçinim, gəl!

Göyərçin, uç gəl, uça-uça gəl,
Göyərçinim, qaç, qaça-qaça gəl,
Göyərçin, uç gəl, uça-uça gəl,
Göyərçinim, qaç, qaça-qaça gəl,
Gözlərəm səni, göyərçinim, gəl!

Papağım bulud, Çarığım çaylar.
Çırağım günəş çomağım çinar.
Səslərəm səni, göyərçinim, gəl,
Səslərəm səni, göyərçinim, gəl!
Səslərəm səni, göyərçinim, gəl,
Səslərəm səni, göyərçinim, gəl!

Çimçək kəhərim – çaparam, çaparam,
İtmiş gözəli taparam, taparam.
Gəl göyərçinim, göy göyərçinim, gəl!

Musiqi: Cavanşir Quliyev
Sözləri: Rafael Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir