Kirpi / Tapmacalar / Tap tapmaca. 3-cü buraxılış

Tap tapmaca. 3-cü buraxılış

Tap tamaca-nın 2-ci buraxılışının cavabları
Balacayam, sarıyam,
Deməyin ki, darıyam.
Sizə cörək oluram,
Zəmilərin barıyam.
Açması: Buğda

Bir sürü atlar,
Cəməndə otlar.
Vaxtı gələndə,
Dərisi partlar.
Açması: Pambıq

Çoxlu tağ atar
Torpağda yaşar.
Qoyma yetişsin,
Kal-kal dər apar
Açması: Xiyar

Altı bulağ icərlər,
Üstü zəmi biçəllər
Açması: Qoyun

Əl ilə tutmaq olmaz,
Göz ilə görmək olmaz.
Açması: Külək

Adam deyil, hey qaçır,
Meşə deyil, ses salır.
Açması: Çay

Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçür.
Açması: Bulud

Babamın bir donu var,
İçi dolu abbası.
Gündüz girər kisəyə,
Gecə çıxar eşiyə.
Açması: Səma, Ulduzlar

3-ci buraxılış


Araba gedir, izi yox
Yanar, yanar gözü yox.

Ata minər, səslənməz
Yerə düşər, paslanmaz
Suya düşər, islanmaz.

Balta vurdum çəkilə
Çəkil yerə tökülə
Quşlardan hansı quşdu
Özü düzə çekilə.

Atdım atana
Dəydi kotana,
Suda balığa
Düzdə ceyrana.

Baş üstə durar,
Baxıb göz vurar.

Bit atım var,
Sakit durmaz.
Hey yol gedər,
Heç yorulmaz.

Bayırda sağdı,
Pambığdan ağdı.
Evə gələr,
Suya dönər.
Cavablar növbəti buraxılışda

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

error: Content is protected !!