Kirpi / Təmsillər / Çalağan və Bülbül

Çalağan və Bülbül

Çalağan gәlib dilә,
Bir gün dedi bülbülә:

— Öyrәt mәnә dә nәğmә,
Şövq ilә gәlim dәmә,

Oxuyum, vurum cәһ-cәһ,
Dinlәyәn desin bәһ-bәһ…

Hәmdәm olum güllәrә,
Adım düşsün dillәrә.

Bülbül dedi: — Çalağan!
Pәncәndә görünür qan.

Yırtıcılıqdır peşәn.
Sәnә yaddır bu gülşәn.

Sәndәn nәğmәkar olmaz,
Qızılgülә yar olmaz!

error: Content is protected !!