Kirpi / Şeirlər / Zəhra bala

Zəhra bala

Təzə-təzə yeriyirdin,
Danışırdın şirin-şirin.
Ana, nənə qucağıydı,
Zəhra bala, sənin yerin.

Yazın gözəl bir günündə
Rast gəldin sən bir gülləyə.
Qoymadılar çağırasan
“Ana” deyə, “nənə” deyə.

Haray ellər! Bir körpənin
Qəlbini qan eylədilər.
Gülüşünü, yerişini
Gülləbaran eylədilər.

Yer də, göy də bu halına
Qan ağladı, Zəhra bala.
Araz axdı coşa-coşa,
Kür çağladı Zəhra bala.

Bil ki, yerdə qalmayacaq
Sənin qanın heç bir zaman.
Qisasını alacaqdır
Bir gün anam Azərbaycan.

Uyu şirin-şirin, qızım,
Uyu torpaq beşiyində.
Sənə layla çağırsın qoy
Əsən sərin küləklər də.

Müəllif: Simax Şeyda

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

error: Content is protected !!