Alma harda bitir?

İki qardaş, bir bacı:
Faiq, Çingiz və Zəhra.
Mübahisə etdilər
Alma yeyəndən sonra.

Faiq dedi ki:
“Alma Ağacdan dərilibdir”.
Çingiz dedi: “Ananın
Zənbilində gəlibdir”.

Kiçikdir hələ Zəhra
Di, gəl onu inandır.
Qardaşlar nə dedisə,
Zəhra dedi: “Yalandır!
Almanı mən həmişə
Süfrəmizdə görmüşəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir