Şir və Siçan

Günlərin bir günü düzənlikdə qoca bir şir yatmışdı. Bir siçan onun üstünə çıxıb o yan bu yana qaçmağa başladı.
Şir oyanıb siçanı tutdu. Siçan yalvarmağa başladı.
O şirə dedi: – Əgər məni buraxsan, sənə yaxşılığım deyər.
Şir siçanın bu sözlərinə güldü, ancaq ona deymədi.
Bir gün şir tələyə düşdü. O nə qədər çalışsa da, torun möhkəm iplərini qıra bilmədi.
Açıqlanmış şir var gücü ilə nərildəyirdi.
Şirin nəriltisini eşıdən siçan özünü ona yetirdi.
Torun kəndirlərini gəmirməyə başladı.
Nəhayət, şir canını tordan qutardı.
O siçana dedi: – O vaxt mən sənin sözlərinə güldüm. Ancaq, sən demə, siçanın da şirə yaxşılığı deyərmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir