Kirpi / Nağıllar / “Noxud üstündə yatan şahzadə qız” nağılı
"Noxud üstündə yatan şahzadə qız" nağılı

“Noxud üstündə yatan şahzadə qız” nağılı

Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi.
O, əsl şahzadə qız ilə evlənmək istəyirdi.
Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı gəzib-dolaşdı,
çox axtardı, amma istədiyini tapa bilmədi.

Bir dəfə axşama yaxın hava dəyişdi: göy guruldadı, ildırım çaxdı, bərk yağış yağmağa başladı.
Birdən kimsə sarayın darvazasını döydü. Qoca kral qapını açmağagetdi.Qapıda bir qız durmuşdu.
Yağış onu təpədən dırnağadək islatmışdı.
Su saçlarından və paltarından süzülüb ayaqqabılarının içinə tökülür, dabanlarının altından axıb gedirdi.
Bununla belə qız and-aman edirdi ki, əsl şahzadədir!

Şahzadənin anası qoca kraliça ürəyində düşündü: “Yaxşı, yoxlayarıq”.
O, qıza heç nə demədən yataq otağına keçdi. Yorğan-döşəyi çarpayının üstündən atdı, quru taxtın üstünə bir noxud dənəsi qoydu.
Sonra bu noxud dənəsinin üstündən on iki pərqu döşək, döşəklərin də üstündən on iki yorğan saldı.
Şahzadə qızı bu çarpayıda yatırtdılar.Səhər ondan necə yatdığını soruşdular.
Şahzadə qız cavab verdi:— Çox pis yatmışam. Demək olar, səhərəcən gözümü yummamışam.
Bircə Allah bilir, yorğan-döşəyimə nə düşmüşdü. Çox bərk bir şeyin üstündə uzanmışdım.
İndi hər yerim göm-göydür! Dəhşətdir.

Bu zaman hamı başa düşdü ki, bu qız doğrudan da əsl şahzadə imiş.
Axı o, noxud dənəsini on iki pərqu döşək və on iki yorğan üstündə uzanaraq hiss etmişdi.

Ancaq əsl şahzadə qız belə zərif ola bilər.Şahzadə oğlan həmin qızla evləndi.
Həmin noxud dənəsini isə gözəl bir billur qutuya qoydular ki, həqiqi şahzadənin necə olmağını yadda saxlasınlar.

error: Content is protected !!