Kirpi / Nağıllar / “Düyməcik” nağılı
düyməcik

“Düyməcik” nağılı

Bir qadının övladı yox idi.
Bir dəfə sehrbaz qarı ona bir arpa dənəsi verdi və onu dibçəkdə əkməyi tapşırdı.

Qadın arpa dənəsini əkdi. Qəfildən dibçəkdə laləyə bənzər gözəl çiçək göyərdi.
Gülün içində kiçik bir qız oturmuşdu. Qızın boyu bir düymə boyda idi.
Buna görə də onu Düyməcik adlandırdılar.
Onun üçün qoz qabığından yataq, bənövşələrdən döşək, böyük yaşıl yarpaqdan isə yorğan düzəltmişdilər.

Bir gecə Düyməciyin yatdığı otağın pəncərəsnin sınıq gözündən içəriyə yekə bir qurbağa hoppandı.
O, qızı gördü və ondan xoşu gəldi. “Bax, mənim oğluma belə gəlin lazımdır”, — deyə qurbağa fikirləşdi.
O, Düyməciyi yatdığı qoz qabığı ilə birlikdə qaparaq öz yanına bataqlığa apardı.
Yazıq qız nə qədər ağladı, onu evə göndərmək üçün nə qədər yalvardısa, qurbağa onu eşitmək belə istəmədi.
O, qurbağanın kifir oğluna ərə getmək istəmirdi.

Kiçik balıqlar Düyməciyin necə ağladığını eşitdikdə ona yazıqları gəldi.
Onlar Düyməciyin əyləşdiyi zanbağın yarpağının saplağını çeynədilər.
Saplaq sürətlə bataqlıqdakı suyun axını ilə üzməyə başladı. Qurbağa ona çata bilmədi.

Qəfildən yaxınlıqdan uçan bir mayböcəyi onu götürüb apardı. Lakin tezliklə bir çobanyastığının üzərinə qoyaraq getdi. Qış yaxınlaşanda nə edəcəyini bilməyən Düyməcik torpağın altında özünə isti yuva qurmuş mehrban qoca bir çöl siçanını gördü.
O, qışı yuvada qoca siçana nağıl danışmaqla keçirdi.
Buna görə isə hər gün ona bir arpa dənəsi verilirdi.

Bir qün qoca sican Düyməciyi qonşusu köstəbəyə ərə vermək istəyir və köstəbəyi evinə qonağ cağırır.
Düyməcik köstəbəyin əlinnan canını qutarmaq üçün bilmir neynəsin, amma Düyməciyi siçanın qonşusu köstəbəyin əlindən yaralı qaranquş xilas etdi.
Qız onu soyuqdan qorumuş, dən və su vermişdi. Əvəzində qaranquş onu isti ölkələrdən birinə gətirib çıxardı.
Bu ölkədəki çiçəklərin şahzadəsi ona evlənmək təklif etdi. Düyməcik artıq çox xoşbəxt idi.

error: Content is protected !!