Kirpi / Nağıllar / “Dayə Tülkü” nağılı

“Dayə Tülkü” nağılı

Bir gün ayı öz balaları üçün dayə axtarmağa getdi. Meşədə az dolaşdı, çox dolaşdı, canavara rast gəldi.

– Babacan, yolun haradır? – deyə canavar soruşdu.

– Balalarıma dayə axtarmağa gedirəm, – deyə ayı donquldadı.

– Məni dayə götür, – canavar mırıldadı.

– Sən oxuya bilirsən? – deyə ayı maraqlandı.

– Əlbəttə bilirəm, – dedi canavar və ulamağa başladı: U-u-u! U-u-u!

– Səndən dayə çıxmaz, çox pis oxuyursan, – dedi ayı və yoluna davam etdi.

Qarşısına bir dovşan çıxdı.

– Babacan, yolun haradır?

– Balalarıma dayə axtarmağa gedirəm.

– Məni dayə götür.

– Sən oxuya bilirsən?

– Pu-pu, pu-pu, pu-pu!

– Səndən dayə çıxmaz, çox pis oxuyursan, – dedi ayı və ayaqlarını sürüyə-sürüyə yoluna davam etdi.

Qarşısına bir tülkü çıxdı.

– Babacan, yolun haradır?

– Balalarıma dayə axtarmağa gedirəm.

– Məni dayə götür.

– Sən oxuya bilirsən?

– Elə mən bacarıram da, – deyə tülkü öyündü və nəvazişlə oxumağa başladı:

Laylay beşiyim laylay,

Evim eşiyim laylay!

– Səni dayə götürürəm, sən çox gözəl oxuyursan, – deyə ayı riqqətə gəldi və tülkünü evinə apardı.

Ertəsi gün ayı meşəyə ova getdi, tülkü isə bir iş görmək istəmirdi, ayı balalarını yedirtmədi, üst-başlarını təmizləmədi.

Axşam evə qayıdan ayı soruşdu:

– Balalarıma yaxşı baxmısan?

– Bütün gün onlara mahnı oxumuşam, – deyə tülkü cavab verdi. Ayı elə yorulmuşdu ki, daha heç nə soruşmadı.

Səhərisi ayı yenə də meşəyə ova getdi. Tülkünün isə ayı balaları heç vecinə də deyildi.

Ayı balaları bütün gün ac və natəmiz dolaşırdılar.

Ayı axşam evə qayıtdı, gördü ki, balaları ağlayır, уеmәk istəyirlər.

Bunu görən ayı qəzəblənib tülkünün payını vermək istəyirdi ki, hiyləgər tülkü bir sıçrayışla küçəyə, ordan da quyruğunu уellәуәrәk meşəyə qaçdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

error: Content is protected !!