Kirpi / Musiqi / Dostluq himni
Dostluq himni

Dostluq himni

Musiqisi və Sözləri: Səadət Fərziyevanındır

Parladı göydə ulduzlar, hər tərəf nurlandı,
Bizim dünyaya gəlişimiz sizin üçün bayramdır!
Sizə dayaq olacayıq, zirvəyə yol açacayıq,
Bunun açarı tək birlikdədir!
Oxuyub möhkəm olarıq, arzularımıza çatarıq,
Bunun açarı tək birlikdədir!

Nəqarət:
Haydı, gəlin uşaqlar,
Biz mehriban yaşayaq,
Dostluq ölməzdir deyib
Dünyanı qoruyaq!

Güclüyük biz, güdrətliyik, sərvətimiz böyük,
Gələcəyin neymətiyik, məqsədimiz isə – sülh!
Dünyada sülhü qoruyaq, savaşlara biz son qoyaq,
Azadlıq – həyatın dəyəridir!
Biz bir olaq, möhkəm olaq, sanki yüz qatlı lay divar,
Azadlığı əlimizdə qoruyaq!

Nəqarət:
Haydı, gəlin uşaqlar,
Biz mehriban yaşayaq,
Dostluq ölməzdir deyib
Dünyanı qoruyaq!

Şənlənək, sevinc hissləri qəlblərimizə hopsun,
Qəm, qüssə, kədər, tənhalıq, bizdən uzaq olsun.
Halay vuraq, yallı gedək, “Həyat gözəldir ! “-söyləyək,
Mahnı söyləyək, rəqs edək, “Bir olacayıq!”- söyləyək,
Tanrı bizi hər zaman qorusun!

Nəqarət:
Haydı, gəlin uşaqlar,
Biz mehriban yaşayaq,
Dostluq ölməzdir deyib
Dünyanı qoruyaq!

error: Content is protected !!