Kirpi / Lətifələr / Sən gördüyün yuxunu mən də görmüşəm

Sən gördüyün yuxunu mən də görmüşəm

Günlərin bir günü xəlif Xarun-ər-Rəşid yuxuda misli-bərabəri olmayan bir saray görür. Sarayın kimə məxsus oldugunu soruşdugda: – “Qardaşınız Bəhlula məxsusdur”  deyillər.

Xəlifə saraya heyran qalır. Onu Bəhluldan almaq istəyir. Elə bu vaxt hökümdar yuxudan oyanır. Tez Bəlulu axtarır, onu çölün düzündə tapır. Görür ki, Bəhlul palçıgdan oyuncaq evciklər düzəldir. Xarun-ər-Rəşid Bəhluldan soruşur:

– Bunlar nədir?

Bəhlul cavab verib deyir:

-Xəlifə sag olsun, saraydır.

-Düzəltdiyin bu sarayı mənə satarsanmı?

Bəlul gülərək deyir:

-Xeyir!

-Niyə?

-Ona görə ki, sən gördüyün yuxunu mən də görmüşəm.

 

error: Content is protected !!