Kirpi / Hekayələr / “Balaca tənqidçi” hekayəsi
Balaca tənqidçi

“Balaca tənqidçi” hekayəsi

Ayan bağda çiçək seçirdi. Dərdiyi tər çiçəklərdən dəstə bağlayırdı. Yumşaq tüklü quş balası gördü.
Bəyaz donlu, sarı dimdikli bu gözəl quş balası bom-boz qanadlarını gərərək çəməndə sərbəst cövlan edirdi.

O başını oyan bu yana əyib, ürkək-ürkək Ayana baxdı və qanadlarını çırpa-çırpa ,cik-cik edə-edə dənlənirdi.

Çəhrayı rəngli yastı ayağının qəhvəyi dırnağı nazikdi. Ayan da öz ayağına baxdı.
Quş balasıyla özünü müqayisə etdi. Onun da dırnağı incə idi.

Ayan üzünün cizgiləri gözəl, incə bir az da, enli olan qızdı.
Saçları xurmayı və qıvrımdı, qonur gözlərində daima şən bir təbəssüm sezilirdi.
Əynində sarı güllü çit don vardı. Bu don onu daha zərif göstərirdi.

Nənəsi radioya qulaq asırdı. Ayan da diqqətlə qulaq asdı.

Ayan:
– Nənə, yazıçı xalanın söhbəti xoşuma gəlmədi
– Niyə qızım ?
– Yazıçı deyir ki, yazanlar güldən-bülbüldən əl çəkmir, nə qədər güldən-bülbüldən yazarlar?! Səhv danışır.

Bağımızda bülbüllər cəh-cəh vurur, qızılgül, çiçək, ağac çoxdur. Quşlar hər tərəfdə yuva qurub!

Ayanın rəngi qıp-qırmızı oldu! Hirsləndi. Hamamda qaranquş yuvası var. Yuvada üç toppuş bala!
Hələ şanapipik, baş otağın altında, sərçə qarajda, ağaclarda nə qədər yuva var! Şəkillərini əmim çəkdi!

Ayan quşlara baxıb əl-qolunu ölçərək danışırdı. Nənəsi, kiçik tənqidçinin veriliş haqqındakı qeydlərini dinləməkdən böyük həzz alırdı. Maraqla onu dinləyirdi. Nənənin nəzərində səadət dünyasına açılan bir pəncərə durdu.
Bu balaca qızın işıqlı fikri onu sevindirdi.

Gülə-gülə : Balaca tənqidçi! – dedi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

error: Content is protected !!