Şeirlər

Məstan pişiyim

məstan pişiyim

Özüm kimi körpədir Mənim Məstan pişiyim. Yedirdirəm doyunca Həm çəkirəm keşiyin. Beli ala-buladır, Sinəsi ağ qar kimi. Gəzir həyət-bacanı Mənimlə səyyar kimi. Hər nə desəm, anlayır, Gəl deyəndə tez gəlir. Harda yumşaq yer görsə, Xumarlanır, dincəlir. Çox sevir o özünü – Təmizləyir, yalayır. Ətrafımda fırlanıb Quyruğunu bulayır. Solmaz Şirin

Ətraflı oxu »

“Çiçək Qız” şeiri

"Çiçək Qız" şeiri

Bu qız sevir təzəcə Açılan hər çiçəyi. Çiçəklər də çox sevir Bu alyanaq göyçəyi. Bir də gördün başında Çiçəkləri saç etdi. Yumruladı, bəzədi, Bir rəngbərəng tac etdi. Qızıl söyüdlər kimi Böyüdü, cilvələndi. Çiçəkli saçlarından Ətrafa nur ələndi. Musiqi çalınanda Süzdü kəpənək kimi. O məktəbə yollandı Bir dəstə çiçək kimi. Məktəbin …

Ətraflı oxu »

“Külək” şeiri

külək

Yenə bağça, bağ ilə Külək əlbəyaxadı. Çinarın əyni qalın, Söyüdünkü yuxadı. Yarpaqlar göy çuxadı. Kiminin əyni qalın Kimininki yuxadı. Külək əsdi, bağçanı Kökündən silkələdi. Yarpaqlar da durmadı, Küləyi şillələdi. Külək coşdu, onların Başına kül ələdi. Sarsıtdı bağça-bağı Küləyin bu dalğası. Əyildi, məğlub oldu Ağacların lovğası. Axşamacan uzandı Onların bu qovğası. …

Ətraflı oxu »

“Çinar” şeiri

çinar

Çinar insan kimidi, Beş barmaqdı yarpağı… Kökü dərinə gedir, Möhkəm tutur torpağı. Çinara bax, uzaqdan Xatırladır düz fili. Amma o kölgəsində Sərinlədər yüz fili. Min ildən çox yaşayır Deyirlər bu çinarlar. Onların sinəsində Əsrlərin sirri var. Analar oğullara Çinar boylum deyirlər. Çinarla fərəhlənib Oğulla öyünürlər. Mənim yurdumdan başqa Söylə görüm …

Ətraflı oxu »

Uşaq və Buz

uşaq və buz

Dərsə gеdən bir uşаq, Çıхdı buz üstə qоçаq; Sürüşdü birdən-birə, Düşdü üz üstə yеrə. Durdu uşаq nеylədi? Buzа bеlə söylədi: “Sən nə yаmаnsаn, а buz? Аdаm yıхаnsаn, а buz! Аz qаlıb ömrün sənin, Yаz gələr, аrtаr qəmin, Əriyib suyа dönərsən, Ахıb çаyа gеdərsən!” Mirzə Ələkbər Sabir

Ətraflı oxu »

Ağacların Söhbəti

ağaclar

Alma, palıd, şam ağacı һal ilә, Eylәdilәr bәһs bu minval ilә: Başladı tərifə palıd qamәtin, Öydü özün, zorbalığın, һalәtin. Yetmәz olur-söylәdi-dağlar mәnә, Layiq olur fәxr edә bağlar mәnә. Az qala başım yetişә göylәrә, Şax budağım kölgә salır һәr yerә. Әssә külәk, qopsa da tufan yenә, Әymәyә әsla gücü çatmaz mәnә. …

Ətraflı oxu »

HÖRÜMÇӘK VƏ İPƏK QURDU

HÖRÜMÇӘK VƏ İPƏK QURDU

Bir hörümçәk özün çәkib durdu, Dedi fәxr ilә: -Ey ipәk qurdu! Nә xәsilәtlә iş görürsәn sәn, Niyә bunca ağır hörürsәn sәn?! Gәl mәnim sənətimdə sürәtimi Görüb iqrar qıl mәharәtimi. İşә gircәk tamamını hörürәm, Az zaman necә çox iş görürәm?! Baxdı, güldü ona ipәk qurdu, Sәrzәniş etdi, tənələr vurdu. Dedi: -Bәrfәrz …

Ətraflı oxu »